Accessibility links

Gürcüstanla Rusiya arasında davam edən gərginliklərdən sonra ilk razılıq əldə edilib


Gürcüstanla Rusiya nəqliyyatın bərpası məqsədilə aralarındakı sərhədi yenidən açmaq barədə razılıq əldə ediblər. Bu, keçən ildən, iki ölkə arasında münasibətlərin pozulmasından sonra əlaqələrin yaxşılaşdırılması sahəsində atılan ilk addımdır. İsveçin vasitəçiliyi ilə Rusiya ilə Gürcüstan arasında Yuxarı Lars yoxlanış məntəqəsinin açılması barədə imzalanan razılıq qüvvəyə mart ayında minəcək. Bu, yeganə sərhəd məntəqəsidir ki, Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya ərazilərindən keçmir.

XS
SM
MD
LG