Accessibility links

Azərbaycanda iqtisadi böhran dərinləşir


Milli Məclisin deputatı, Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn ölkə iqtisadiyyatında 2009-cu ildə 20 faiz geriləmə olduğunu bildirib. Onun fikrincə, iqtisadiyyatda geriləmələr işsizliyin artmasına gətirib çıxarıb. Onun fikrincə, iqtisadi böhran maaşların gecikdirilməsinə gətirib çıxarıb. Bu isə sosial narazılıqlara təkan verə bilər. Keçmiş baş nazir hesab edir ki, əmək haqlarının qaldırılmadığı şəraitdə əhaliyə satılan qazın qiymətinin bir neçə dəfə artırılması, metroda gediş qiymətlərinin 3 dəfə bahalaşdırılması sosial cəhətdən müdafiə olunmayan insanlara ağır zərbədir.
O 2010-cu ildə Azərbaycanda iqtisadi böhranın təsirlərinin daha çox hiss ediləcəyini deyir. Onun fikrincə, iqtisadi böhran şəraitində dünyada məhsulların qiymətlərinin aşağı düşdüyü zamanda Azərbaycanda inflyasiya baş verir və qiymətlər artır. “Bu iqtisadi qanunlarla tərs mütənasiblik təşkil edir və hökumətin monopoliyalara təsir mexanizminin olmadığını göstərir”.

XS
SM
MD
LG