Accessibility links

Dinləyici məktubları


Məsud Ələmdarlı adlı dinləyicimiz bizə ünvanladığı məktubda sual verir ki, nə üçün Amerikanın səsi mövzular bölməsində Güney Azərnaycan əvəzinə İran Azərbaycanı adına üstünlük verir. İran dövlətinin xətrinə dəymək istəmirsiz?-deyə cənab Ələmdarlı sual edir. O xatırladır ki, Amerika heç nədən çəkinmədən "Sovetlər İttifaqı" yox, “Sovet Rusiyası” deyə xitab edirdi.

Bakıdan 2-ci qrup əlil olduğunu və həyat yoldaşının Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşdüyünü yazan İradə Əliyeva övladlarının birinin vəziyyətinin çox ağır olduğunu deyir. Amerikanın səsindən və xeyirxah insanlardan yardım istəyən İradə Əliyevə yazır ki, övladının beynində şiş tapılıb və onun təcili əməliyyata ehtiyacı var. Əks halda, uşağın gözləri kor ola bilər. Onun sözlərinə görə, əməliyyat üçün 22 min dollar tələb olunur. İradə Əliyeva övladına kömək əlini uzatmaq insanların ona müraciət etməsini xahiş edir.

Bakıdan bizə göndərdiyi məktubunda Adelya adlı dinləyicimiz evlərin qiymətləri ilə bağlı reportaj hazırlamağımızı istəyir.

Dinləyici və oxucularımızın xəbər və reportajlara dair şərhlərinə gəldikdə isə Azərbaycandan Rafael adlı oxucu bildirir ki, İranda məhbusların işgəncələrə məruz qalması və insanların saxta ittihamlarla üzləşməsi peşə halını alıb. Daimi izləyicimiz olan Rafael digər xəbərə şərhində isə Azərbaycanda baş verənləri biabırçılıq adlandırır.

İranla bağlı daha bir şərhdə Kosovodan adını bildirməyən oxucumuz İranın uranı dinc məqsədlər üçün istifadə etməsini arzu edir.

“Vətəndaş” təxəllüsü ilə Azərbaycandan gələn şərhdə deyilir ki, hər bir despotism məhvə məhkumdur, çünki Allah adildir.

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə Ağ Evdə görüşdən sonra Vaşinqtonun Willard otelində xarici və türk jurnalistlər üçün mətbuat konfransı zamanı dediyi “Ermənistanla münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə bağlıdır” sözlərinə münasibətini bildirən Nicat adlı oxucu Türkiyəyə bu siyasətinə görə təşəkkürünü bildirir.

Azərbaycandan İlqar Haray proqramına öz mövqeyini bildirir. O yazır ki, o, Harayın qonağı olan millət vəkili Qüdrət Həsənquliyevin fikirlərini dəstəkləyir.

Norveçdən Məsud adlı oxucumuz 21 Azərlə bağlı yazını ziddiyyətli sayır. O yazır ki, 46-cı ildə Təbriz küçələrində qan su yerinə axırdı. “Guney Azərbaycanda İran rejimi Azərbaycan Milli dövlətini qan içində boğdu, Sovetlərdə isə Stalin kimi insanlar sovetlərə pənah gətirənlərə divan tutdu ve Pişəvəri kimi dahi insanı xaincesine qetlə yetirdi”- deyə oxucu öz şərhində bildirir.

Dinləyici Mehman isə “Korrupsiya” başlıqlı şərhində yazır: “Cənab Avropa Şurası əgər sənin dəyərlərin və mahiyyətin budursa, çox sag ol.” O, Avropa şurasına müraciət edərək boş-boş məsləhətlərin heç kimə lazım olmadığını söyləyir. Mehmanın sözlərinə görə, Avropa Şurasının istədiyi aydın deyil. “Demokratiyanız budursa, aparın onu İsveç bankına qoyun.”-deyə o, şərhini bitirir.

XS
SM
MD
LG