Accessibility links

Taliban saxladığı Amerika əsgərinin göstərildiyi vdeonu nümayiş etdirib


Taliban Əfqanıstanda 6 ay bundan əvvəl saxlanmış ABŞ əsgərinin göstərildiyi videonu nümayiş etdirib. Video göstərilən əsgər özünün 23 yaşlı Boi Berqdahl olduğunu deyib.

Berqdahl xəbərdaqlıq edərək deyib ki, Amerika xalqı ayağa qalxmasa, Əfqanıstan Amerika üçün ikinci Vyetnam olacaq. O həmçinin onunla hörmətlə rəftar edildiyini deyib. Videoda Talibanın sözçüsü Zahibulla Mücahid məhbusların dəyişdirilməsi təklifi ilə çıxış edib.

Hələlik, videonun harada çəkildiyi aydın olmasa da, ABŞ-da terrorizm məsələləri ilə məşğul olan İntelCenter qrupu ilkin təhlillərin videodakı şəxsin Berqdahl olduğunu göstərdiyini bildirib.

NATO-nun sözçüsü videonu tənqid edərək, bunun gənc əsgərin əvvəlcədən hazırlanmış bəyanatı oxumağa məcbur edildiyi nümayiş etdirən dəhşətli bir hərəkət olduğunu deyib.

XS
SM
MD
LG