Accessibility links

Beyrutda bomba partlayışı baş verib


Beyrutun cənubunda bomba partlayışı Hamasın iki üzvü daxil olmaqla azı üç nəfərin ölümünə bais olub. Hamas sözçüsü dünən gecə baş verən partlayışda qrupun iki üzvünün öldüyünü təsdiq edib, lakin bildirib ki, partlayışın səbəbləri hələlik aydın deyil. Partlayış Hamasın yüksək rütbəli rəsmisi Əli Barakanın idarəsinin yaxınlığında baş verib. Bu bölgəyə Hizbullah yaraqlıları nəzarət edirlər. Onlar hadisənin baş verdiyi ərazini blokadaya almış və jurnalistlərə partlayışın baş verdiyi məntəqənin yaxınlığına getməyə icazə verməyiblər.
XS
SM
MD
LG