Accessibility links

İranda tanınmış islahatçılar həbs edilib


İranın müxalifət qruplarının bildirdiyinə görə, hökumətə qarşı keçirilən son etiraz aksiyaları zamanı ölkənin tanınmış beş islahatçısı həbs edilib. Müxalifətin veb səhifələrində açıqlanan məlumatda deyilir ki, bu gün İranın müxalifət lideri Mir Hüseyn Musəvinin, müşaviri Əli Rıza Behişti də daxil edilməkə, üç məsləhətçisi həbs edilib. Veb səhifədə eləcə də, İnsan Haqları müdafiəçisi İmad Bəqhinin və müxalifət fəalı, İran İslam İnqilabının ilk xarici işlər naziri İbrahim Yəzdinin də həbs edildiyi bildirilir.

İran dövlətinin nəzarətindəki Press TV isə dünən, şiələrin müqəddəs aşura günü keçirilən nümayişlər zamanı 8 nəfərin həlak olduğunu bildirib. Lakin bütün bu məlumatları heç bir müstəqil mənbə təsdiq etməyib. Bu gün eləcə də, İranın digər bir müxalifət lideri Mehdi Kərrubi hökuməti ölkə boyu minlərlə insanın keçirdiyi nümayişlərə qarşı hərbi qüvvədən istifadə etdiyinə görə tənqid edib.

XS
SM
MD
LG