Accessibility links

Israil Qüdsün şərq hissəsində yeni mənzil tikintisi planını açıqlayıb


İsrail fələstrinlilərin özlərinin gələcəkdəki paytaxtı kimi nəzərdə tutduqları Qüdsün şərq hissəsində yəhudilərin yaşadığı məhllələrdə 700 mənzilli yeni binalar tikməyi planlaşdırdığını bəyan edib. İsrail hökuməti bu gün bildirib ki, inşaat işləri Qüdsün şərqindəki Neve Yakov, Risqat Ziv və Har Homa məhəllələrində nəzərdə tutulub. Fələstin rəsmiləri bu planı tənqid edərək, İsrailin müstəqillik istəyən fələstinlilərin torpaqlarını oğurlayaraq inşaat işlərini davam etdirmək istədiyini deyiblər. İsrail isə Qüdsün bütövlüklə özünün paytaxtı olduğunu deyir və şəhərin şərq hissəsində aparılacaq yeni inşaat işlərinın müzakirə mövzusu olmadığını bildirib. Vaşinqton keçmişdə İsrailin yeni mənzil tikintisi barədəki planlarını tənqid edərək bunun İsrail-Fələstin sülh danışıqlarının yenidən canlandırılmasını çətinləşdirəcəyini deyir.

XS
SM
MD
LG