Accessibility links

Mətbuat İcmalı: İranda etiraz nümayişləri


İranda artıq bir neçə gündür ki etiraz nümayişləri davam edir. Ölkədən daxil olan məlumatlara görə, nümayişlər zamanı müxalifət lideri Mir Hüseyn Musəvinin bacısıoğlu da daxil olmaqla bir çox insan həlak olub. İranda baş verən hadisələrlə bağlı mətbuat icmalını təqdim edirik.

Washington Post qəzeti yazır ki, hökumətin yeni müxalifət hərəkatını boğmaq səyləri nəticəsində İranın bir neçə şəhərində baş vermiş qarşıdurmalar zamanı ölənlər olub, çoxsaylı insan isə yaranıb. Qəzet müxalif veb səhifələrin prezidentliyə namizəd olmuş Mir Hüseyn Musəvinin bacısı oğlu da daxil olmaqla 12 nəfərin qətlə yetirildiyini yazdığını bildirir. Hökumət rəsmiləri isə məsuliyyəti üzərilərindən ataraq bildirib ki, polis silahdan istifadə etməyib. Bu isə bir çox müxalif mənbələrin təhlükəsizlik qüvvələrinin kütləyə atəş açması barədə verdiyi məlumatla ziddiyyət təşkil edir. Qəzet yazır ki, on minlərlə nümayişçi habelə qeyri-adi gücdən istifadə edərək polisə müqavimət göstərməklə yanaşı, avtomobilləri və hökumət binalarını yandırıb.
Washington Post-ın məlumatına görə, Ağ Ev İranda baş verənləri hökumət tərəfində dinc vətəndaşlara qarşı edilən ədalətsiz və zorakı susdurma adlandırıb.


New York Times yazır ki, İran hakimiyyətini nümayişçilərə qarşı gücdən istifadəyə görə sərt tənqid edənlər arasında digər müxalifət lideri Mehdi Kərrubi də olub. Qəzet “İranın müxalifət liderlərinin həbs ediləcəyi deyilir” başlıqlı məqaləsində Caras veb səhifəsinə istinadən Kərrubinin sözlərini dərc edib: “Bu dini sistemə nə olub ki, onlar müqəddəs Aşura günü ərzində dinc insanların öldürülməsinə göstəriş verirlər”. Novruz veb səhifəsinə istinadla verilən məlumatda isə qəzet yazır ki, Mir hüseyn Musəvinin bacısıoğlu Əli Musəvi cəsədi dəfn məsaminin qarşısı almaq üçün rəsmilər tərəfindən qeyri-müəyyən yerə aparılıb. Musəvi ailəsinə yaxın müxalifət nümayəndəsi Möhsün Maxmalbafın sözlərinə görə, digər qətllərdən fərqli olaraq bu siyasi mesajdır. Qəzetin məlumatına görə, bazar günü baş vermiş toqquşmalar zamanı 27 yaşlı jurnalist də yoxa çıxıb. Dubay TV-nin sözçüsü deyib ki, sözügedən telekanal üçün çalışan Redha Əl-Bəşədən xəbər yoxdur. Qəzet şahidlərə istinadən yazır ki, cənab Bəşəni son dəfə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınan zaman görüblər. Dünən habelə Tehranın mərkəzi Prospektində toplaşan nümayişçilər “Xameneyiyə ölüm” şuarları səsləndiriblər. New York Times yazır ki, veb səhifələrin məlumatına görə, Tehranda 5, Təbrizdə 4, Şirazda isə 1 nəfər həlak olub. Ölənlərin şəkilləri də internetə yayılıb.

The Wall Street Journal
ABŞ-ın Wall Street Journal qəzeti “Dünya liderləri İrandakı iğtişaşı tənqid edir” başlıqlı məqaləsində yazır ki, Kanada xarici işlər naziri Lorens kənnon bu barədə bəyənat açıqlayıb. Bəyanatda deyilir: “İran təhlükəsizlik qüvvələri yenidən İran xalqına qarşı zorakılıq və hədə-qorxudan istifadə edib”. Məqalədə deyilir ki, Almaniya Kansleri Angela Merkel də İrandakı qarşıdurmanı tənqid edib. O, açıqladığı bəyanatda Tehranı Mülki və Siyasi Hüquqlar barədə beynəlxalq müqavilə çərçivəsində götürdüyü öhdəliklərə əməl etməyə çağırıb. Birləşmiş Ştatların hadisələrə reaksiyası isə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Mayk Hammer tərəfindən səsnib: “Ümid və tarix universal hüquqları uğrunda dinc mübarizə aparanların tərəfindədir. ABŞ da həmçinin.”

Telegraph
Böyük Britaniyanın Telegraph qəzetinin məlumatına görə, İranın müxalif siyasətçisi İbrahim Yəzdi həbs olunub. Qəzet Jaras veb səhifəsinə istinadən yazır: “Təhlükəsizlik qüvvələri gecə saat 3-də onun evinə gələrək siyasi fəalı həbs edib”. Məlumatlara görə onun bacısıoğlu isə bir neçə saat əvvəl nəzarət altına alınıb. Qəzet yazır ki, cənab Yəzdinin həbs olunması xəbəri İran telekanının ölənlərin sayının artması barədə xəbəri ilə eyni vaxta təsadüf edib.

XS
SM
MD
LG