Accessibility links

İran hökuməti beynəlxalq ictimaiyyətin tənqidlərini rədd edir


İran hökuməti beynəlxalq ictimaiyyətin onu keçən bazar günü müxalifətin ölkə boyu keçirdiyi etiraz nümayişlərini zorakılıqla dağıtdığına görə tənqidlərini rədd edib. İran parlamentinin spikeri Əli Laricani bu gün qanunvericilər qarşısında açıqladığı bəyanatda müxalifəti dəstəkləməklə Birləşmiş Ştatlar prezidenti Barak Obamanın özünü etibardan saldığını deyib. Dünən cənab Obama İranı zorakılıq işlətməklə günahsız insanların səsini kəsməyə çalışmaqda ittiham etdi. O, eləcə də universal hüquqlarını icra etməyə cəsarət göstərən iranlıları alqışladı.

Britaniyanın xarici işlər naziri David Miliband da dünən etdiyi çıxışında etiraz aksiyalarının iştirakçılarını alqışlayandan sonra, bu gün İranın Xarici İşlər Nazirliyi Britaniyanın Tehrandakı səfirinə xaricin İranın daxili işlərinə müdaxilə etdiyini deyərək, öz narazılığını bildirib.

İran hökumətinin nəzarəti altında olan Press TV də xarici işlər naziri Mənuçehr Möttəkiyə istinadən bildirib ki, Britaniya cəfəngiyyatları dayandırmadığı təqdirdə ağzından yumruq alacaq.

XS
SM
MD
LG