Accessibility links

Vladimir Putin ABŞ-ın anti-raket planlarını tənqid etdi


Rusiya baş naziri Vladimir Putin deyir ki, ABŞ-ın Avropada quraşdırmaq istədiyi anti-raket sistemi Amerika ilə Rusiya arasında strateji balansı poza bilər. Cənab Putin deyir ki, bu balansı qorumaq üçün Rusiya hücum silahları sistemi inkişaf etdirməlidir. Rusiyanın şərqi Vladivostok şəhərində müxbirlərlə danışan cənab Putin deyib ki, Rusiya ABŞ-ın raketdən müdafiə planları barədə daha çox informasiya əldə etmək istəyir. O, əlavə edir ki, raketdən müdafiə sistemi ilə bağlı planlar yeni nüvə silahlarının ixtisarı üzrə yeni müqavilə üzərində gedən danışıqlara maneə törədir.
XS
SM
MD
LG