Accessibility links

Misir prezidenti Hüsnü Mübarək İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb


Misir prezidenti Hüsnü Mübarək bu gün Qahirədə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşərək, İsrail-Fələsin sülh danışıqlarının gedişatını müzakirə edib. Misirin MENA rəsmi xəbər agentliyi liderlərin müzakirələri cənab Mübarəkin ofisində apardıqlarınıbildirib. İsrailin baş naziri Netanyahu Qahirəyə dünən Misrin İsraili Şərqi Qüdsdə 700 yeni mənzil inşa edəcəyi barədə açıqladığı planı təndiq etdiyi gün yetişib. Misrin xarici işlər naziri Əhməd Əbul Geyt bu gün deyib ki, İsrailin fələstinlilərin torpaqlarında inşa işlərnə başlaması sülh danışıqları prosesini sual altına alacaq. O, eləcə də İsrailin sülhə nail olmaq üçün tələb olunan iradəyə malik olub-olmamasını sual edib.


XS
SM
MD
LG