Accessibility links

Əfqanıstan hökuməti və NATO mülki vətəndaşların qətlləri ilə bağlı təhqiqat aparırlar


Əfqanıstan hökuməti və NATO qüvvələri ölkənin şərqində keçirilən hərbi əməliyyatlar zamanı 10 mülki vətəndaşın qətli ilə bağlı təhqiqat aparır. Əfqanıstan prezident Həmid Karzay mülki vətəndaşların hərbi əməliyyatların qurbanı olmasını qınadığını bildirmiş və Kunar vilayətinin Narang mahalındakı insidentin araşdırlımasına göstəriş vermişdir. NATO rəsmiləri bu ittihamları rədd edərək bu gün bildirmişlər ki, Əfqan ordusu ilə birgə keçirilən əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb. Kunar vilayətinin quvernatoru Səid Fəzlulla Vahedi də daxil edilməklə, vilayət rəsmiləri deyirlər ki, bazar günü keçirilən əməliyyatlar zamanı ölənlər arasında məktəblilər də olub.

XS
SM
MD
LG