Accessibility links

Türkiyədə 8 əsgər azad edilib


Türkiyə rəsmiləri ölkənin baş nazirinin müavininə qarşı sui-qəsdə cəhdlə bağlılıqda ittiham olunan 8 əsgər azadlığa buraxılıb. Türkiyənin dövlət nəzarətində olan agentliyi bildirir ki, 8 əsgər dünən axşam və bu gün azad edilib. Türkiyə polisi əsgərlərdən ikisi baş nazirin müavini Bülənt Arıncın evini müşahidə edəndən sonra şənbə gün zabitlər nəzarət altına alınıb. Daha sonra rəsmilər onların harada çalışması barədə nadir araşdırma aparıb. Türkiyə mətbuatı yazır ki, əsgərlər Türkiyənin islam təmayüllü partiyasının üzvü olan Arıncı öldürməyə çalışıbmışlar. Sui-qəsd cəhdi barədə məlumatları təkzib edən Arınc bunu qeyri-dəqiqlik adlandırıb.
XS
SM
MD
LG