Accessibility links

Əfqan müstəntiqlər mülki vətəndaşların ölümündə xarici qüvvələri günahlandırır


Əfqanıstan hökumətinin müstəntiqlər heyəti bildirir ki, bazar günü əcnəbi hərbi qüvvələrin ölkənin şərq məntəqəsində keçirdikləri əməliyyatlar nəticəsində 8 məktəb şagirdi daxil olmaqla azı 10 mülki vətəndaş həlak olub. Prezident Həmid Karzayın müşaviri Əsədullah Vəfa deyir ki, onun başçılıq etdiyi heyət yerli kəndlilər və Kunar Narang mahalinin rəsmiləri ilə danışıb. Qurbanları istintaq heyəti gələnə qədər dəfn ediblər. Bundan öncə NATO- bildirmişdi ki, koalisiya qüvvələri yaraqlılarla atışmalarda 9 yaraqlını öldürüb. Bu gün NATO-nun rəsmiləri deyiblər ki, hadisə ilə bağlı təhqiqat işlərini davam etdirirlər.
XS
SM
MD
LG