Accessibility links

Taliban Pakistan şiələrinə hücumun məsuliyyətini üzərinə götürüb


Pakistanda taliban komandiri İsmətullah Şahin bildirib ki, bazar ertəsi Karacinin şiə məscidinə edilən intiharçı hücumunun məsuliyyətini onun qrupu öz üzərinə götürüb. Hücum nəticəsində Aşura mərasimində iştirak edənlərdən 43 nəfəri həlak olub. İğtişaşlar nəticəsində yürüş boyu yerləşən 500-dən çox dükan dağılıb. O, Reuters xəbər agentliyinə deyib ki, taliban 10 gün ərzində buna bənzər aksiyalar keçirəcək. Hökumət sakitliyə riayət edilməsi çağırışına baxmayaraq, Karaçidə çərşənbə axşamı hücumda həlak olanların dəfnində minlərlə adam iştirak edib. Pakistan prezdenti Asif Əli Zərdari ekstermist hücumunu pisləyərək bildirib ki, onlar Pakistan xalqı daxilində ixtilaf salmağa çalışırlar.
XS
SM
MD
LG