Accessibility links

İraq ABŞ məhkəməsinin amerikalı keşikçiləri ittihamlardan azad etməsindən gileylənir


İraq ABŞ məhkəməsinin iraqlı vətəndaşları öldürməkdə günahlandırılan amerikalı təhlükəsizlik işçislərinin üzərindən ittihamları götürməsindən təəssüfünü ifadə edib. İraq hökumətinin sözçüsü bildirir ki, onun hökumətinin apardığı təhqiqat göstərir ki, həmin şəxslər cinayət törədiblər. İndi İraq rəsmiləri ədalət əldə etməkdən ötrü başqa qanuni vasitələrə əl atacaqlarını deyirlər. İttiham olunanlar Amerikanın özəl Blackwater Worldwide şirkətində çalışırdılar. O vaxtdan bəri şirkətin adı dəyişdirilib. ABŞ prokurorları keşikçiləri 2007-ci ilin sentyabrında Bağdadda izdihamlı küçə kəsişməsində atəş açaraq 17 nəfəri öldürməkdə ittiham etmişdi.
XS
SM
MD
LG