Accessibility links

Roma Papası yeni ildə sülhə və tolerantlığa çağırdı


Roma Papası Benedikt ənənəvi yeni il messasında sülhə və tolerantlığa səsləyib. Cümə günü Müqəddəs Piter Kafedralında verdiyi moizədə Roma katoliklərinin rəhbəri dəri rəngindən, milliyətdən, dildən və dindən asılı olmayaraq insanları bir-birinə hörmət etməyə çağırıb. O, qeyd edib ki, müasir sinif otaqları irqi baxımdan rəngarəngdir və uşaqlara tolerantlıq erkən yaşlardan öyrədilməlidir. Papa Benedikt həmçinin zorakılıq və müharibə əleyhinə çıxış edərək onun uşaqlara ağrı və ümidsizlik gətirməsindən söz açıb. O, ətraf mühitin qorunması ilə bağlı çağırışını da yeniləyib.
XS
SM
MD
LG