Accessibility links

ABŞ və Yəmən Əl-Qaidə ilə bağlı məlumatları bölüşür


Amerikanın ali hərbi liderlərindən birinin sözlərinə görə, Yəməndə qərarlaşan terrorçular dekabrın 25-də ABŞ-a gələn təyyarənin partladılması planına kömək edib. General Deyvid Petraus Bağdadda jurnalistlərə deyib ki, ABŞ və Yəmən 25 dekabr hadisəsi də daxil olmaqla, ölkədə Əl-Qaidə ilə bağlı məlumatları bölüşür. Birləşmiş Ştatları mərkəzi komandanlığının başçısı deyib ki, Yəmən Əl-Qaidəyə qarşı tutarlı əməliyyatlar həyata keçirib və bu əməliyyatlar nəticəsində bir çox intiharçı hücumlarının qarşısı alınıb. Bu arada Somali yaraqlı qrupu olan Əl-Şababın bildirdiyinə görə, qruplaşma Əl-Qaidəyə yardım məqsədilə Yəmənə öz döyüşçülərini göndərəcək. Əl-Şababın yüksək səviyyəli nümayəndəsi deyib ki, qrup Yəmən hökumətinə qarşı döyüşən yaraqlılara yardım üçün dənizin o biri tayına keçəçək.
XS
SM
MD
LG