Accessibility links

Çin-ASEAN azad ticarət sazişinin tətbiqinə başlanıb


Yeni il dünyanın ən geniş azad ticarət dövriyyəsinin başlaması ilə qeyd olunur. Bu gün Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının 6 təsisçi üzvü və Çin idxal və ixrac olunan əmtəənin 90 faizinin tariflərinin aradan qaldırılması razılığının tətbiqinə başlayıb. Rəsmən Çin-ASEAN azad ticarət ərazisi kimi tanınan yeni ticarət blokuna Çinlə yanaşı, Bruney, İndoneziya, Malasiya, Filippin, Sinqapur və Tayland daxildir. 1.9 milyard insanın bu razılıqdan faydalanmaq imkanı olduğu üçün bu, dünyanın əhali baxımdan ən geniş blokudur. Çinlə ASEAN üzvləri arasında ticarət dövriyyəsinin 200 milyard dollar təşkil edəcəyi gözlənilir.
XS
SM
MD
LG