Accessibility links

Əfqanıstan parlamenti prezident Həmid Karzainin kabinetinə nominasiya etdiyi  namizədlərin əksəriyyətini rədd edib


Əfqanıstan parlamenti prezident Həmid Karzainin kabinetinə nominasiya etdiyi namizədlərin əksəriyyətini rədd edib.

Parlament üzvləri gizli səsvermədə prezidentin nominasiya etdiyi 24 namizəddən yalnız yeddisini təsdiq ediblər. Onlar Herat vilayətinin keçmiş qubernatoru, insa hüquqlarının polzulmasında ittiham edilən İsmayıl Xanın Energetika naziri vəzifəsinə yenidən namizədliyi ilə yanaşı, ədliyyə, iqtisadiyyat və səhiyyə sahələrində irəli sürülmüş namizədləri rədd ediblər. Onlar həmçinin nazirlər kabinetində hazırda Qadın Məsələləri naziri olan yeganə qadının da namizədliyini təsdiq etməyiblər. 1980-ci illərdə Xan sovetlər əleyhinə döyüşmüş və sonradan Tailban əleyhinə döyüşlərin qəhrəmanı adını qazanmışdır.

Prezident Karzai İsmayıl Xan və kabinetinin bütün 24 üzvünü dəstəkləyərək, onların Əfqanıstanı təmsil etdiklərini deyib. Cənab Karzai nominasiya etdiyi şəxsləri parlamentdə ikinci dəfə səsvermə üçün yenidən təqdim edə bilər, lakin namizədlər ikinci dəfə təsdiq edilmədikdən sonra yeni adlar təqdim etməlidir.


XS
SM
MD
LG