Accessibility links

İran Qərbə ultimatum verdi


İran bildirir ki, Qərbin Tehranın nüvə yanacağı ilə bağlı təklifini qəbul etməsi üçün bir ay vaxtı var, əks halda, nüvə yanacağını özü istehsal edəcək.

İranın Xarici İşlər naziri Mənuçehr Möttəki bu ultimatumu bu gün dövlət televiziyası vasitəsilə çatdırıb.

Tehran təklifini BMT-nin uranın böyük hissəsinin yanacaq üçün xarici ölkədə zənginləşdirilməsi haqda təklifini rədd etdikdən sonra irəli sürmüşdür. BMT-nin təklifinin əsas məqsədi İranın zənginləşdirilmiş uran ehtiyatlarını azaltmaqla, onun nüvə silahı istehsal etmək qabiliyyətini azaltmaqdan ibarət idi.

Bunun əvəzində, Tehran yanacağı Qərbdən almaq haqda təklif irəli sürmüşdür.

Qərbin şübhələrinə baxmayaraq, İran nüvə proqramının dinc məqsədlərə xidmət etdiyinə təkid edir.


XS
SM
MD
LG