Accessibility links

Rusiyada keçən ay baş vermiş yanğın zamanı xəsarət alan daha bir şəxs vəfat edib


Perm şəhərində gecə klubunda yanğından bir aya yaxın vaxt keçən də, hadisə nəticəsində ölənlərin sayı artmağa davam edir.

Təcili yardım işçiləri bildiriblər ki, yanğın zamanı xəsarət almış hbir qadın bu gün Moskva xəstəxanasında vəfat edib. Beləliklə, hadisə nəticəsində ölənlərin sayı 154 nəfərə çarıb.

Rəsmilərin bildirdiyinə görə, xəsarət alan 60-dan çox adam Moskva, Sankt-Peterburq və Perm və digər şəhər xəstəxanalarında müalicə olunur.

Həkimlər dekabrın 5-də baş vermiş hadisənin qurbanlarının ciddi yanıqlar və nəfəs yollarının zədələnməsindən əziyyət çəkdiyini bildirirlər.

Rəsmiləri yanğının gecə klubunun plastmass tavanının alışması səbəbilə baş verdiyini bildiririlər.

XS
SM
MD
LG