Accessibility links

Hamas lideri Fatahla barışığa doğru getdiyini deyir


Hamas lideri Xalid Maşal deyir ki, onun rəhbərlik etdiyi İslamçı qrup rəqibi Fatahla barışıq yolunda irəliləyişlər edir. Maşal bu sözləri Səudiyyə Ərəbistanında bu ölkənin xarici işlər naziri şahzadə Saud əl Faysalla görüşdən sonra açıqlayıb. Fələstin prezidenti Mahmud Abbasın rəhbərlik etdiyi Fatah fraksiyası Qərb Sahilinə, Hamas isə Qəzza Zolağına nəzarət edir. Misir keçmişdə tərəfləri barışdırmağa səy göstərib.
XS
SM
MD
LG