Accessibility links

Birma lideri xalqı “düzgün seçim” etməyə çağırıb


Birmanın hakimiyyətdə olan generalı xalqı bu il keçiriləcək ümummilli seçkilərdə “düzgün seçim” etməyə çağırıb. Ölkənin Böyük Britaniyadan azad olmasının 62-ci il dönümünə dair müraciətində general Tan Şve deyib ki, onun demokratiya üçün yeddi-mərhələli yol xəritəsi demokratiyaya keçid üçün yeganə prosesdir. Dövlət qəzetində çap olunan müraciət generalın “düzgün seçim” sözünə aydınlıq gətirməyib. Yol xəritəsi 50 ilə yaxındır hakimiyyətdə olan hərbi hökumətin parlamentin 25 faizini hərbçilərin təşkil edəcəyi mülki sistemə keçid proqramıdır. Rejim hələlik seçkilərin keçirilmə vaxtını açıqlamayıb.

XS
SM
MD
LG