Accessibility links

İsrail Qüdsün şərq hissəsində yəhudilər üçün inşa layihəsini təsdiq edib


İsrail rəsmilərinin Qüdsün mübahisələrə səbəb olan şərq hissəsində yəhudilər üçün dörd yaşayış binasının inşası barədə lahiyəni təsdiq etməsi fələstinlilərin tənqidlərinə səbəb olub. Qüdsün Bələdiyyə Komitəsinin bu gün təsdiq etdiyi layihəyə əsasən, Zeytun dağında yəhudilərin dini seminariyası yaxınlığında 24 mənzil tikiləcək və bununla həmin ərazidə yeni yəhudi məhəlləsinin salınmasının əsası qoyulacaq.

Fələstin müzakirəçisi Saib Erekat belə bir planı qınayaraq, bunun İsrail-Fələstin sülıh danışıqlarına maneələr törədəcəyini deyib. Fələstinlilər Qüdsün şərqini gələcək Fələstin dövlətinin paytaxtı hesab edirlər.


XS
SM
MD
LG