Accessibility links

ABŞ prezidenti kəşfiyyat agentliklərini sərt tənqid edib


ABŞ-ın yüksək səviyyəli rəsmsinin sözlərinə görə, kəşfiyyat agentlikləri prezident Barak Obamanın dekabrın 25-i nigeriyalının Amerika təyyarəsini partlatmaq cəhdi ilə bağlı sərt tənqidlərindən özləri üçün lazımı mesajı alıblar. Milli Təhlükəsizlik agentliyinin direktoru Dennis Bleyer cənab Obama ilə görüşün ardınca terrorçuların yeni taktikaları üzərinə işləyib onların məğlub ediləcəyinə və gələcəkdə yeni terror hücumlarının qarşısının alınacağına söz verib. Cənab Obama dünən deyib ki, təyyarəni partlatmaq cəhdinin dayandırmaqda uğursuzluq faciəvi sonluqla nəticələnə bilərdi. Prezidentin sözlərinə görə, ABŞ kəşfiyyat agentlikləri Ömər Faruk Əbdülmütəllibin Amsterdamdan Detroyta uçan təyyarəyə minməsinin qarşısını almaq üçün kifayət qədər dəlilə malik idi.
XS
SM
MD
LG