Accessibility links

Dağıstanda intiharçı hücumu həyata keçirilib


Bu gün Rusiyanın Dağıstan respublikasında intiharçının həyata keçirdiyi bomba hücumu 6 polis işçisinin ölümünə, 10 nəfərin isə yaralanmsına səbəb olub. Rəsmilərin dediyinə görə, intiharçı partlayıcı maddə yerləşdirilmiş maşını paytaxt Mahaçkala yaxınlığındakı polis məntəqəsinin maşın dayanacağına sürmüş və orada partlatmışdır. Partlayış nəticəsində bir neçə maşının da sıradan çıxdığı bildirilir.

İllərdir ki, Dağıstanla sərhəddə yerləşən Çeçenistanda Rusiya ordusu ilə İslamçı separatçılar arasında müharibə oradakı yaralıların ətraf bölgələrə dağılmasına səbəb olub.

XS
SM
MD
LG