Accessibility links

Yəməndə 3 yaraqlı ələ keçirilib


Yəmən rəsmilərin sözlərinə görə, polis paytaxt Sənadakı Qərb səfirliklərinin 2 gün bağlı qalmasına səbəb olan təhlükəsizlik təhdidinə görə məsuliyyət daşıyan 3 Əl-Qaidə yaraqlısı həbs olunub. Rəsmilər deyir ki, Yəmən hökumətinin hücumların qaçan 3 yaraqlı Sənadakı xəstəxanada yaralarını sağaltmağa çalışırdılar. Məlumata görə, polis yaraqlıları hospitalda ələ keçirməklə yanaşı, onları orada gizlətməkdə şübhəli bilinən digər 4 nəfəri nəzarət altına alıb. Yəmən hökuməti bildirir ki, bazar ertəsi günü keçirilən əməliyyatlar zaman Əl-Qaidanın 2 yaraqlısını öldürsə də, qruplaşmanın yerli lideri hesab olunan Məhəmməd Əhməd Əl-Hanaq qaçmağa müvəffəq olub. Qeyd edək ki, 2 günlük fasilədən sonra ABŞ, Böyük Britaniya və Fransa Yəməndəki səfirliklərini sonra yenidən açıb.
XS
SM
MD
LG