Accessibility links

Misir-Qəzza sərhəddində qarşıdurma baş verib


Misirdən alınan xəbərdə bildirlir ki, Misir -Qəzza sərhəddində fələstinlilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurnma zamanı bir əsgər qətlə yetirilib. İnsidentin bu gün, fələstinlilərin Qəzzada, Rəfah sərhəd keçid məntəqəsi yaxılığında Misir əsgərlərini daşa basması zamanı baş verdiyi deyilir. Hadisə zamanı Misir polisinin atəşi nəticəsində iki fələstilinin də yaralandığı bildirilir.

Dünən isə Misirin liman şəhəri Arişdəpolislə Qəzza Zolağına yardım aparmağa cəhd edən Fələstin tərəfdarı fəallar arasında baş verən toqquşma zamanı 15-i polis olmaqla 50-dən çox insanın yaralandığı bildirlir. Fəallar yardım daşıyan 200-ə qədər maşını Suriyadan Arişə gəmi ilə gətiriblər. Onlar bu maşınları Misrin Rəfah sərhəd keçid məntəqəsindən Qəzza Zolağına ötürmək istəyirdilər. Qahirə isə maşınlarda qadağan olunmuş təchizat olduğunu deyərək, yalnız 55 maşının sərhəd yoxlanış məntəqəsindən keçirilməsinə göstəriş vermişdi.

XS
SM
MD
LG