Accessibility links

Nigeriyalı Əbdülmütəllib aylar əvvəl radikal müsəlman ruhani Ənvər Əl-Avlaki ilə görüşüb


Yəmən hökuməti bildirir ki, ABŞ təyyarəsini partlatmağa cəhd göstərən nigeriyalı keçən il Yəməndə radikal amerikalı ruhani Ənvər əl-Aulaki ilə görüşüb. Bu gün Sənada jurnalistlərə açıqlama verən Yəmən baş nazirinin müdafiə və təhlükəsizlik məsələləri üzrə müavini Rəşad Əl-Aliminin sözlərinə görə, nigeriyalı Ömər Faruk Əbdülmütəllib Ənvər Əl-Avlaki ilə ölkənin cənub-şərq vilayəti olan Şabvada görüşüb. ABŞ rəsmilərinin bildirdiyinə görə, Avlakinin noyabr ayında Texasdakı hərbi bazada 13 nəfəri qətlə yetirən ABŞ hərbi psixiatoru ilə də təması olub. Məlumatda bildirilir ki, mayor Nidal Həsən Fort Hud hərbi bazasında hücum həyata keçirməmişdən bir neçə aylar öncə e-mail vasitəsi ilə Əl-Qaidə tərəfdarı olan Avlaki ilə əlaqə qurub.
XS
SM
MD
LG