Accessibility links

İran və İraq sərhəd bölgədə neft yataqlarına nəzarət məsələsini müzakirə etməyə hazırlaşır


İraq və İranın Xarici İşlər Nazirliklərinin bildirdiyinə görə, iki ölkə arasındakı sərhəd bölgədə yerləşən neft yataqlarına nəzarət ətrafında mübahisənin həlli məqsədilə gələn həftə danışıqlar keçiriləcək. İraqın xarici işlər naziri Xoşyar Zebari İraqa səfərdə olan iranlı həmkarı Mənuçehr Möttəki ilə mübahisə ətrafında bu gün Bağdadda danışıqlar aparıb. Mübahisə keçən il dekabr ayının 18-də İran əsgərlərinin İraqın Maysan vilayətindəki Fakkah neft yatağını ələ keçirib oraya İran bayrağını asmasından sonra yaranmışdır. İran əsgərləri ələ keçirdikləri neft yatağından bir neçə gün sonra çəkildilər. Lakin İraq bildirir ki, İranın onun ərazisində qalmaqda davam edir. Cənab Zebari hər iki tətəfin sərhəddə vəziyətin normallaşdırılması barədə razılığa gəldiyini deyib.

XS
SM
MD
LG