Accessibility links

Dövlət katibi Klinton: İnkişaf sahəsində yardım ABŞ xarici siyasətinin əsasını təşkil etməlidir


ABŞ Dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların xarici siyasət kursuna dair nitq söyləyib. Xanım Klintonun sözlərinə görə inkişaf sahəsində yardım ABŞ xarici siyasətinin əsasını təşkil etməlidir.

Dövlət katibi Klinton ABŞ-ın xarici yardımı haqda tez-tez çıxışlar edib, lakin bu dəfə onun çıxışı bütünlüklə bu məsələyə həsr edilmişdi.

Beynəlxalq İqtisadiyyat üzrə Peterson institutunda danışan xanım Klinton dedi ki, inkişaf məsələsini xarici siyasətdə prioritet etmək vaxtı gəlib çatıb.

“Biz yüz milyonlarla gənc insan iş yerləri, ümid və inkişaf etmiş dünyada yer tapmayan gələcəyi olduğu halda terrorizmi dayandırmaq, ya da zorakı ekstremizm ideologiyasını məğlub edə bilmərik.”

Obama administrasiyası 2012-ci ilə qədər qeyri-hərbi yardım sahəsində büdcə üçün 50 milyard dollar maliyyə vəsaiti ayırmağa söz verib və Klintonun çıxışında yeni öhdəliklərdən danışmadı.

Lakin o dedi ki, ABŞ-ın Beynəlxalq Yardım agentliyi dünyanın inkişaf məsələləri üzrə başlıca yardım agentliyinə çevriləcək.

Hillari Klinton həmçinin bildirdi ki, ABŞ-ın yardım təşkilatları yardımın göndərildiyi ölkələrdə davamlı dəyişikliklərə xidmət etdiyini təmin etmək üçün strategiyanı nəzərdən keçirməlidir.

“Yəmən kimi ekstremizmin cücərdiyi, ya da Haiti kimi yoxsulluğun yayılıb təbii fəlakətlərin dağıtdığı ölkələrdə şanslar bərabər deyil. Lakin heç bir şey etməmək daha baha başa gəlir. Biz qəbul etməliyik ki, bizim inkişaf modelimiz formula çevrilməməlidir, yəni Pakistanda görüləcək iş Peru üçün münasib olmaya bilər. Buna görə də bizim yanaşma tərzimiz hər bir hal, hər bir ölkəni və hər bir regionu nəzərə almalıdır.”

Klinton Buş administrasiyasının daha yaxşı idarəçiliyə dair konkret planları olan ölkələrə yardımı nəzərdə tutan Minilliyin Çağırışı və çoxu Afrikada olmaqla, milyonlarla insanı virus əleyhinə dərmanlarla təmin edən AİDS proqramı olan PERFAR təşəbbüslərinə yüksək qiymət vermişdir.

O həmçinin demişdir ki, qadınlar ABŞ-ın inkişaf proqramının əsasında olmalıdır.

“Bu, təkcə Birləşmiş Ştatların streteji maraqları deyil, böyük məna daşıyan və mənim üçün şəxsən əhəmiyəti olan və onlarla ildir üzərində işlədiyim bir məsələdir. Mən qadınların inkişafı məsələsində əməl olmadan söz qəbul etməyəcəm. Mən bizim agentlikləri hökumətimiz və xarici siyasətimizin qadınların dünyası və bu məsələlərdə davamlı və məntiqi nəticələri dəstəklədiyini təmin etmək işində məsul tutacam.”

Klinton deyib ki, o, ABŞ-ın yardım səylərinin diplomatiya və müdafiə əməliyyatlarının yardımın siyasiləşdirilməsinə ol vermədən inteqresiyası üzərində işləyir. Onun sözlərinə görə, inkişaf, diplomatiya və müdafiə sahələri bir-birini qarşılıqlı şəkildə tamamlamalıdır.

XS
SM
MD
LG