Accessibility links

Əbdülmütəllib bu gün ilk dəfə məhkəməyə çıxarılacaq


Dekabrın 25-i ABŞ təyyarəsində bomba hücumu həyata keçirməyə cəhd göstərən şəxsin bu gün ilk dəfə məhkəmə qarşısına çıxarılacağı gözlənilir. ABŞ prokurorları deyir ki, bu gün Detroitdə məhkəmənin hazırlıq iclasında Ömər Faruk Əbdülmütəllibə qarşı ittihamlar oxunacaq. Federal andlılar bu həftənin əvvəli ona qarşı 6 ittiham irəli sürmüşdü. Onlara kütləvi qırğın silahından istifadəyə və insan öldürməyə cəhd ittihamı da daxildir. Bu ittihamlara görə o ömrlük həbsə məkhum oluna bilər.

XS
SM
MD
LG