Accessibility links

Misir Britaniya qanunvericisinin ölkəyə daxil olmasını azru edilən saymır


Böyük Britaniya qanunvericisi Corc Qalloveyin təşkil etdiyi yardımın Qəzzaya keçməsi ilə bağlı olaraq iki gün əvvəl baş verən hadisələrdən sonra Misir hökuməti qanunvericiyə bildirib ki, bundan sonra onun bu ölkəyə gəlməsi arzu edilən deyil.Şahidlərin sözlərinə görə, Misrin liman şəhəri olan Arişdə etirazlar zamanı 40-ı fəal, 15-i polis olmaqla 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Misrin təhlükəsizlik rəsmiləri bildirib ki, eyni gün Misir-Qəzza sərhəddi yaxınlığında etiraz aksiyası zamanı bir Misir əsgəri fələsətinlilər tərəfindən güllə ilə vurularaq öldürülüb. 200 maşına yerləştirlmiş Suriyadan Arişə istiqamət alan yardımı Qallovey təşkil etmişdi. Qahirə isə maşınlarda qadağan olunmuş təchizat olduğunu deyərək yalnız 55 maşının sərhəd yoxlanış məntəqəsindən keçməsinə göstəriş vermişdi.
XS
SM
MD
LG