Accessibility links

Deyvid Milibend:"Əfqanıstanda sabitlik Pakistanda sabitlikdən asılıdır."


Britanyanın Xarici İşlər naziri Deyvid Milibend deyib ki, Pakistan müharibə nəticəsində dağılmış qonşu Əfqanıstanda sabitlik səylərində əsas rol oynayır.

Milibend bu gün İslamabada səfəri zamanı Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qüreyşi ilə görüşüb.

Görüşdən sonra Milibend müxbirlərə deyib ki, Əfqanıstanda sabitlik müəyyən mənada Pakistanda sabitlikdən asılıdır.

Xarici İşlər naziri Qüreyşi bildirib ki, Pakistan Əfqanıstana dair Britaniyanın bu ay ev sahibliyi edəcək beynəlxalq konfransa qatılacaq.

Britaniya xarici işlər naziri həmçinin Pakistanın Baş naziri Yusuf Raza Gilani ilə görüşüb.

XS
SM
MD
LG