Accessibility links

Prezident Obama səhiyyə islahatlarının müsbət tərəflərini göstərməyə çalışır


ABŞ prezidenti Barak Obama səhiyyə islahatlarına dair qanun layihəsinin müsbət tərəflərini göstərməyə çalışır.

Bu gün Amerika xalqına həftəlik radio və İnternet müraciətində cənab Obama qanunvericilik aktının son mərhələsindən keçirilməsinə çalışdığı vaxt onun müsbət cəhətlərindən danışıb.

ABŞ prezidenti və digər demokratlar cənab Obamanın fevral ayının əvvəli gözlənilən Konqresin birgə iclasında çıxışından sonra qanun layihəsinin qüvvəyə minməsinə çalışırlar.

Prezident Obama islahatlar planının iki versiyasını birləşdirməə səy göstərərək, Senat və Nümayəndələr Palatasında demokratlarla birgə işləyir.

Cənab Obama deyib ki, o, qanuna imza atdıqdan sonra elə birinci il tibbi sığorta şirkətlərinin insanları preventiv planla təmin etdiyinin şahidi olacağını gözləyir.


XS
SM
MD
LG