Accessibility links

İran parlamentinin hesabatında Tehranın keçmiş prokuroru tənqid edilir


İran parlamenti Tehranın keçmiş prokuronun seçkidən sonra nümayişçiləri həbsxanaya göndərməsini tənqid edən hesabat açıqlayıb. Fəallardan üçü keçən il Kəhrizak həbsxanasında ölünəcən döyülmüşlər.

Parlamentin təhqiqat qrupu bildirir ki, Səid Mortəzəvi həbsxananın müdiriyyətinin orada yer olmadığını deməsinə baxmayaraq, 174 nümayişçinin oraya göndərilməsi haqda qərar vermişdi. Təhqiqatçılar bildirirlər ki, islahatçı nümayişçilər dörd gün ərzaq və sanitariya şəraiti olmadan 70 kvadrat metrlik hücrədə saxlanmışlar.

Hesabatda bildirilir ki, mühafizəçilər saxlanılanlara qarşı fiziki güc tətbiq etmişlər. İran rəsmiləri keçən ay üç gənc islahatçının həbsxanada öülənəcən döyüldüyünü etiraf etmişlər.

Parlamentin hesabatında deyilir ki, Kəhrizak həbsxanasında saxlanılanlarla pis rəftar İran rəhbərliyinin adına ləkə gətirir. Sənəddə ədliyyə rəsmiləri fəaliyyət göstərməyə çağırılır.


XS
SM
MD
LG