Accessibility links

Mehdi Kərrubi: İranda hədələr islahat yolunda irəliləyişi dayandıra bilməyəcək


İranda prezidentliyə sabiq namized və nüfuzlu müxalifət liderlərindən olan Mehdi Kərrubi deyib ki, İranda hədələr islahat yolunda irəliləyişi dayandıra bilməyəcək. Cənab Kərrubi özünün internet saytında yazıb ki, hökumət din adı altında insanları represiyalara məruz qoya bilməz. Onun bu bəyanatı sərt-xətt tərəfdarı ruhanilərin son günlərdə müxalifət liderlərinin cəzalandırılması barədə ədliyyə orqanlarına çağırışlarına cavabdır. Xatırladak ki, keçən həftə Qəzvində hökumət tərəftarlarının cənab Kərrubinin əleyhinə keçirdikləri nümayişlər zamanı onun zirəhli maşını atəşə məruz qalmışdı.

XS
SM
MD
LG