Accessibility links

Azərbaycan İran və Türkiyəyə vizanın ləğvi  məsələsinə baxır


İran və Türkiyə ilə viza rejiminin ləğvi məsələlərinə hazırda Azərbaycan Xarici İşlər Nazirliyində baxılır. Lazım olduğu təqdirdə müvafiq addımlar atılacaq. Məsələlər ətraflı nəzərdən keçirildikdən sonra bu və ya digər qərar qəbul ediləcək. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov bildirib.
Xatırladaq ki, bu il fevralın 1-dən İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib. Türkiyə tərəfi isə Azərbaycan vətəndaşları üçün viza rejimini ötən il birtərəfli qaydada ləğv edib. Ötən ilin dekabrında Azərbaycan xarici işlər nazirinin Türkiyəyə səfəri zamanı Türkiyə vətəndaşlarının Azərbaycana vizasız girişi ilə bağlı məsələ gündəlikdə olub. Nazir Elmar Məmmədyarov məsələnin yaxın zamanda həllini tapacağını bildirib.

XS
SM
MD
LG