Accessibility links

Tehran universitetinin  professoru Məsud Əli Məhəmmədi qətlə yetirilib


İran rəsmilərinin bildirdyinə görə, bu gün Tehranda nüvə fiziki, Tehran universitetinin professoru Məsud Əli Məhəmmədinin evi yaxınlığında motosikletə yerləşdirilmiş bombanın partlaması onun ölümünə səbəb olmuşdur. Dövlət televiziyası 1979-cu ildə İslam İnqilabından sonra islamçı ruhanilərin hakimiyyət başına gəlməsinə dəstək verən Məsud Əli Məhəmmədinin qətlində Birləşmiş Ştatlar və İsraili gunahlandırıb. Bununla belə, islahatçıların veb səhifəsində professor Məhəmmədinin adı iyun ayı prezident seçkilərində müxalifət lideri Mir Hüseyn Musəvini dəstəkləyən müəllimlərin siyahısında göstərilir.

XS
SM
MD
LG