Accessibility links

Türkiyə və İsrail arasında gərginlik artır


Türkiyə İsrailin türk səfiri ilə rəftarı ilə əlaqədar İsrailin Ankaradakı səfirinə etiraz bildirib.

Türkiyənin İsraillə münasibətləri keçən il Qəzza zolağında İsrailin hücumlarından sonra gərginləşmişdir.

Dünən İsrailin Xarici İşlər nazirinin müavini Danni Ayalon İsrail təhlükəsizlik qüvvələrinin uşaqları oğurlayıb müharibə cinayətkarları kimi təsvir edən tele-seriala dair etirazını Türkiyənin ölkədəki səfirinə bildirmiışdir.

Həmin görüş zamanı Ayalon fotoqraflara demişdi ki, səfir Əhməd Oğuz Çelikkolunun kürsüsünün onunkundan daha alçaq olmasına və Türkiyə bayrağının yerləşdirilməməsinə diqqət yetirsinlər.

Türkyənin Xarici İşlər nazirliyi İsraildən diplomatik nəzakət və hörmət qaydalarına əməl etməyi tələb edib.

Mübahisəyə baxmayaraq, İsrailin Müdafiə naziri Ehud Barakın Türkiyəyə bazar günü səfəri təxirə salınmayıb.

XS
SM
MD
LG