Accessibility links

Harayın bu həftəki qonağı şair Sayman Aruz əlifba və nəşriyyat məsələlərinə toxunub


Dünya Azərbaycanlıları Yazarlar qurumunun təsisçilərindən olan Sayman Aruz deyir ki, qurumun əsas məqsədi Azərbaycan ədəbiyyatınının inkişafıdır

Sual: Siz bu günlərdə yeni bir qurum – Dünya Azərbaycanlılar Yazarlar Qurumunu təsis edibsiz.Qurumun əsas vəzifəsi Cənub ədəbiyyatını dərc etməkdir. Hazırda hansı layihələr üzərində işləyirsiz?

Cavab:
Qurumun əsas vəzifəsi Azərbaycan ədəbiyyatının inkişafı və cənubdan olan yazarların əsərlərinin latın əlifbası ilə çapı və yayılmasıdır. Artıq 3 kitab çapdan çıxıb: Məlihə Əzizpurun şeir toplusu, Nigar Xiyalının və mənim öz kitabım nəşr olunub. Sırada bir çox yazıçılarımızın əsərləri çap olunacaq. Ümid edirəm ki, ayda 2 kitab çap edəcəyik.

Sual: Bu, dünya azərbaycanlıları arasında xüsusilə İranda yaşayan azərbaycanlılarla Az. Respublikasında yaşayan yazarlar arasında münasibətlərə təsir edəcəkmi?

Cavab: Əlbəttə, mən gördüm ki, Şimaldakı yazarlar nə qədər maraqlanır bu barədə. Onların özlərində də güney şairləri ilə tanışlıq olsun. Həttə bir çoxu email də göndərir ki, bizim şeirlərimizi orada ərəb əlifbası ilə çap edin . Təşkilatımız dünya azərbaycanlıları arasında körpü rolunu oynamağa çalışır. Bütün yazarların bir araya gəldiyi bir mətbuat konfransı keçirməyi planlaşdırırıq. Bizim burada siyasi və ya ideoloji maraqlarımız yoxdur, yalnız yazarlar.

Sual: Gələcəkdə İranda yaşayan azərbaycanlıların yazarlarının əsərlərini digər dillərə də tərcümə edib yaymaq fikriniz varmə?

Cavab: Onların hamısı plandadır. Dayaq kitabın çapı ilə bağlı bütün öhdəlikləri, hətta kitabların bütün dillərə tərcüməsini öz üzərinə götürür. İlk növbədə hazırda çap olunan 2-3 kitabı ingilis dilinə tərcüməyə vermişik.

Sual: Təşkilatınızın veb saytı da varmı? Saytda hansı materiallar, hansı əsərlər yerləşdiriləcək?

Cavab: Saytımızın adı www.dayaq.org-dur. Sayt hazırda fəaliyyət göstərir . Orada xüsusilə poeziyalar, hekayələr, tənqidlər, müsahibələr əcnəbi mənbələr, dünyada yaşayan azərbaycanlı yazarlar haqda məlumatlar və s. bölmələr yerləşdirilib. Xüsusilə tərcümələrə çox yer verməyə çalışırıq. Və ən yaxşı tərcümə edən şəxslərə də mükafatlar ayırmışıq.

Sual: Bu çap etdiyiniz ədəbiyyat İranda da yayılacaqmı?

Cavab: Bəli yayılacaq, təxminən 2-3 gündən sonra kitabları İrana göndərməyi planlaşdırırıq. Əsas hədəf İranda latın əlifbasında yazıb oxumağa üstünlük verilsin. Çünki güney ərəb əlifbası - əski əlifbadan istifadə etdiyinə görə digər azərbaycanlılarında fərqlənir. Çalışırıq ki, oradakı uşaqlar latın əlifbası ilə oxumağa alışsınlar.

Sual: Gələcəkdə simpoziumlar, konfranslar və yaradıcı gecələri, yaradıcılıq ayları, yaradıcılıq festivalları keçirmək varmı?

Cavab: Bəli, fikrimiz var ki, şeir gecələri mükafatları, nəsr gecələri mükafatları, dünyadakı tanınmış və hətta tanınmamış azərbaycanlı yazarların iştirak ilə konfranslar keçirmək, orada Azərbaycan ədəbiyyatının inkişafı və yayılması yollarını müzakirə etməyi düşünürük. Dayağın qurultayını keçirmək planlarımız da var.

Sual: İranda bir dissident ədəbiyyatı var. YƏni çap edilməyən adəbiyyat var, bu günə qədər işıq üzü görməyən ədəbiyyat var. daha effektli ədəbiyyat da dünyada bu hesab edilir. Belə ədəbiyyatlara, belə yazılara üstünlük verəcəksinizmi?

Cavab: Əlbəttə, əsas hədəflərimizdən biri yeni adları tapıb onların inkişafına, əsərlərinin nəşrinə köməkdir. Bizim də Nobel mükafatında haqqımız, dünya ədəbiyyatında yerimiz var, güclü mədəniyyətimiz və ədəbiyyatımız var. Hazırda bəzi problemlərə görə bir çox şairlər çıxış edə bilmir. Biz onları kəşf edib, yazılarını nəşr edəcəyik . Belələri çoxdur. 16-17 yaşlarındadırlar, gənc nəsil şairlərdir. Yenə də təkrar edirəm ki, Dayağın əsas hədəflərindən biri, yeni adları yetişdirmək və onları dünya ədəbiyyatına təqdim etməkdir.

Mövzuya uyğun

XS
SM
MD
LG