Accessibility links

Spiker Pelozi Detroytda avtomobil şousunda iştirak edib


Konrqesin Nümayəndələr Palatasının spikeri Nensi Pelozi və Obama administrasiyasının digər rəsmiləri hökumətin avtomobil sənayesinə yardım paketini müdafiə edərək, General Motors və Kraysler şirkətlərinin müflisləşmək təhlükəsindən bir neçə ay sonra müvəffəqiyyət əldə edə bildiklərini deyiblər.

Pelozi açıqlamaları Detroytda hər il keçirilən ənənəvi avtomobil şousunun açılışı zamanı verib. Onunla birlikdə onlarla ABŞ qanunvericirisi də şounun açılışında iştirak edib.
“Biz buraya dinləmək, müşahidə etmkə, qiymətləndirmək və qoyulmuş investisiyanın haraya qoyulduğu haqda fikir söyləmək üçün buraya gəlmişik.”- deyə spiker Pelozi bildirib.

Qanunvericilər General Motorsun elektriklə işləyən Şevrole Volt avtomobilini, Kraysler və onun italyan partnyoru olan Fiatın inkişaf etdirdiyi texnologiyalar və Ford Motor şirkətinin kiçik avtomobillərini yoxlayıblar.

Nəqliyyat naziri Rey Lehud da şouda iştirak edirdi.

O deyir ki, administrasiya 8 milyard ABŞ dolları ayıraraq General Motors və Kraysler şirkətlərini xilas etməklə düzgün iş görüb. Bundan əlavə hökumət ənənəvi yanacaqla işləyən köhnə maşnların qarışıq mühərrikə malik müasir avtomobillərlə əvəz edilməsini nəzərdə tutan Cash for Clunkers proqramı üçün 3 milyard dollar vəsait ayırmışdı. Proqram yay mövsümü avtomobil satışlarının artmasına gətirib çıxarmışdır.

Nəqliyyat naziri LeHudun sözlərinə görə, avtomobil şousunda enerji və böyük təşəbbüskarlıq nümayiş etdirilir. “Kraysler yeni məhsullarını nümayiş etdirir.”-deyə o əlavə edir.

LeHud əlavə edir ki, hökumətdən 50 milyard dollar məbləğində yardım almış General Motors bir milyard borcu qaytarıb və şirkətin bırpa olduğuna işarələr var.

Spiker Pelozinin şouda iştirakı avtomobil sənayesinə dəstək və iqtisadi tənəzzüldən əziyyət çəkən Miçiqan ştatı ilə bağlı nikbinliyin nümayiş etdirilməsi kimi qiymətləndirliilr.

General Motors və Kraysler müflis olduqları üçün çox sayda iş yerləri itirilmişdir. Miçiqanda işsizlik 15 faiz artaraq, ölkə üzrə ən böyük səviyyəyə çatmışdır.

Nensi Pelozi deyib ki, o, 2011-ci ilin avtomobil şousunda daha böyük naliyyətlər görmək üçün Detroyta qayıtmağı planlaşdırır.

ABŞ hökumətinin General Motorsda payı 61, Kraysler şirkətində payı isə 10 fazi təşkil edir.






XS
SM
MD
LG