Accessibility links

Çin Quantanamodakı uyğurların üçüncü ölkəyə köçürülməsinə etirazını bildirir


Çin Quantanamodakı uyğur məhbusların azad olunması və ya üçüncü ölkəyə köçürülməsinə müxalif olduğunu bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cianq Yunun bu gün jurnalistlərə dediyinə görə, Çin Quantanamodakı uyğurları BMT-nin terrorçu qruplar siyahısında olan Şərqi Türküstan İslam Hərəkatının üzvü hesab edir. Sözçü deyir ki, onlar azad olunmaq əvəzinə qanuni ölçülər görülməsi üçün Çin rəsmilərinə təhvil verilməlidir. Quantanamodan buraxılan uyğurlar artıq Albaniya, Bermud və Palauda yerləşdiriliblər. Birləşmiş Ştatlar həmin uyğurları Çinə qaytarmağı və ya onlara burada qaçqın status verməyi rədd edir. İndi İsveçrə Quantanamodakı uyğur məhbuslardan ikisini qəbul etməyi nəzərdən keçirir. Çin nümayəndəsi isə Bernə xəbərdarlıq edib ki, Çinin narahatlığını nəzərə alsın.

XS
SM
MD
LG