Accessibility links

Ekspert Türkiyə baş nazirinin Moskva səfərini mühüm sayır


Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın Moskvaya səfərini mühüm adlandırıb. Onun fikrincə, səfər zamanı regional münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi, Türkiyə - Ermənistan sərhədlərinin açılması, qaz kəmərləri siyasəti, iqtisadi - ticarət əlaqələri, PKK problemi diqqət mərkəzində olacaq.
Ekspert hesab edir ki. tərəflər arasında regional münaqişələrlə bağlı razılıq əldə edilməsi mümkün deyil. “Çünki münaqişələrin həllində Türkiyə Rusiyadan razılıq alarsa, bu Türkiyənin regional nüfuzunun sürətlə artmasına təsir edə bilər. Bu isə Rusiyanın maraqlarına ziddir. Eyni zamanda, Türkiyə siyasi maraqlar müqabilində Nabucco layihəsindən imtina etməyəcək. Bir tərəfdən Türkiyə Nabucco layihəsində tərəfdir, digər tərəfdən isə Türkiyə beynəlxalq tərəfdaşları ilə nüfuzunu sual altında qoymaz”, deyə o qeyd edib.

XS
SM
MD
LG