Accessibility links

Hillari Klinton Birləşmiş Ştatların Asiya üzrə təhlükəsizlik strategiyasını açıqlayıb


Birləşmiş Ştatların Asiya və Sakit Okean hövzəsi üzrə təhlükəsizlik strategiyasını açıqlayan ABŞ dövlət katibi Hillari Klinton deyib ki, regional əməkdaşlıqda uğur qazanmaq üçün Amerikanın aktivliyi və hadisələrdə yaxından iştirakı mühümdür. Havayın Honolulu şəhərində çıxış edən xanım Klintonun sözlərinə görə, ABŞ və Asiyanın gələcəyi həm iqtisadi, həm də təhlükəsizlik əməkdaşlığı ilə bağlıdır. O deyib ki, region ölkələri nüvə silahlarının yayılması, ərazi münaqişələri və hərbi çəkişmələr kimi təhlükəsizlik təhdidlərini nəzərə alaraq birgə çalışmalıdırlar. Dövlət katibinin sözlərinə görə, ticarət və investisiya məhdudiyyətlərinin azaldılması iqtisadi inkişafa, siyasi proqres isə insan haqlarının daha yaxşı qorunmasına və açıq cəmiyyətlərin inkişafına yol açacaq.

XS
SM
MD
LG