Accessibility links

Baş nazir Ərdoğan Moksvada Rusiya liderləri ilə görüşüb


Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan Rusiyaya rəsmi səfəri çərçivəsində Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putinlə görüşlər keçirib.

Görüşlərin diqqət mərkəzində enerji və regional məsələlər olub.

Cənab Ərdoğanın səfəri zamanı Türkiyə və Rusiya arasında Türkiyədə ilk nüvə elektrik stansiyasının inşası ilə bağlı razılıq imzalanıb.

Neft və qazın nəqli sahəsində tranzit ölkə kimi rolunu gücləndirməyə çalışan Türkiyə avqust ayında Rusiyanın Qazprom şirkətinə Qara dənizin ona məxsus sektorundan Cənub Axını kəməri üçün istifadə etməsinə icazə vermişdi. 11 milyard dollaqlıq layihə Rusiya və Mərkəzi Asiya qazını Ukrayanı ötərək Avropaya çatdıracaq.

İyul ayında isə Türkiyə Avropa Birliyinin dəstəklədiyi Nabukko layihəsinə dair müqaviləyə imza atmışdır. Rusiya və Türkiyə həmlinin iki ölkəni Qara dəniz vasitəsilə birləşdirəcək Mavi Axın layihəsini gerçəkləşdirməyi planlaşdırırlar. Bununla Rusiya qazı Türkiyə vasitəsilə İsrail, Livan , Suriya və Kipr çatdırılacaq.

XS
SM
MD
LG