Accessibility links

İran-Azərbaycan-Rusiya marşrutunda narkotik tutulub


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi “İran-Azərbaycan-Rusiya” marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan bir qrup şəxsi ifşa edərək yaxalayıb, onlardan 31 kiloqram 500 qram narkotik vasitə aşkar edilərək götürülüb.
Bir qrup İran vətəndaşı Azərbaycan vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli surətdə İrandan Azərbaycan ərazisinə keçirib.
Bu il yanvarın 11-də Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran vətəndaşlarına məxsus “Volvo” markalı avtobusun yük yerindən 31 kiloqram 500 qram həşiş aşkar edilərək götürülüb. Narkotik qaçaqmalçılığında təqsirli bilinən İran və Azərbaycan vətəndaşlarından ibarət bir qrup şəxs saxlanıb.


XS
SM
MD
LG