Accessibility links

Google Çində fəaliyyətini dayandıra bilər


İnternet şirkəti Google-unÇindəsenzura və hakkerlərin hücumlarına görəbu ölkədəki fəaliyyətlərini dayandıra biləcəyi barədə xəbərdarlığından sonra Ağ Ev bildirib ki,prezident ObamaÇində İnternet azadlığını dəstəkləyir. Ağ Evin sözçüsü Robert Gibbs Obama administrasiyasının Google-un rəsmiləri ilə məsələni müzakirə etdiyini bildirinb.

Google dünəninsan hüquqları fəallarının e-mail adreslərinə daxil olma cəhdləri və hakkerlərin hücumlarından sonra Çindəki axtarış nəticələrinə senzuranı dayandıracağını elan edib. Google şirkəti bu ölkədə fəaliyyətinə son qoya biləcəyi ilə hədələyib. Google rəsmisi hakkerlərin şirkətin qərargahına hücumlarının Çindən edildiyini bildirib.


XS
SM
MD
LG