Accessibility links

Professor Məsud Əli Məhəmmədi Tehranda dəfn edildi


Bu gün Tehranda professor Məsud Əli Məhəmmədinin dəfn mərasiminə yüzlərlə insan toplaşmışdır. Bəzi iştirakçılar tərəfindən Amerika və İsrailə qarşı şüarlar səsləndirilən mərasimə polisin nəzarət etdiyi bildirilir. Professor Məhəmmədi Tehranın şimalında dəfn edilmişdir. Yarı-rəsmi Fars xəbər agentliyinin bildirdiyinə görə, mərasim iştirakçılarından bəzilərinin əllərində İran islahatçılarını dəstəkləyən yaşıl bayraqlar da olub.

Qeyd edək ki, nüvə alimi Məhəmmədi keçən ilin iyun ayındakı mübahisəli prezident seçkilərindən sonra müxalifət lideri Mir Hüseyn Musəvini dəstəkləyən məktubu imzlayanlar sırasında idi. Çərşənbə axşamı Tehranda evinin yaxınlığında həyata keçirilən bomba hücumunun qurbanı olan professor Məsud Əli Məhəmmədinin qətlində İran Birləşmiş Ştatları və İsraili günahlandırdı. Birləşmiş Ştatların sözçüsü isə bu ittihamı absurd adlandırıb.

XS
SM
MD
LG